Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vurulan Azərbaycan təyyarəsinə görə sığorta ödənişi edilib

Vurulan Azərbaycan təyyarəsinə görə sığorta ödənişi edilib

Rusiyanın "Alfa Sığorta" şirkəti Azərbaycana məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı sığorta ödənişini tam şəkildə həyata keçirib.

Bu barədə şirkətin aviasiya və kosmik sığorta üzrə baş direktor müavini İlya Kabaçnik  "İnterfaks"a məlumat verib.

O, həmçinin sərnişinlərə dəyən zərərə görə ödənişlərin başladığını bildirib.

"Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azerbaijan Airlines" (AZAL) şirkətinə məxsus Embraer 190 təyyarəsi, eləcə də aviaşirkətin sərnişinlər qarşısında məsuliyyəti "Alfa Sığorta" şirkətində sığortalanmışdı", - deyə Kabaçnik qeyd edib.

Onun sözlərinə görə, riskin əsas hissəsi "Rusiya Milli Təkrarsığorta Şirkəti"ndə təkrar sığortalanmışdı. Təyyarə üçün tam sığorta məbləğində ödəniş fevral ayında həyata keçirilib.

Kabançik avia-kasko üzrə ödənişin məbləğini açıqlamayıb. İzah edib ki, sığorta şirkəti rəsmi araşdırmanın başa çatmasını gözləmədən ödənişləri niyə həyata keçirə bilib.

"Qəzanın araşdırılması davam etsə də, ödənişlərin təşkili üçün yetərincə məlumatımız var. Sığortaçı kimi bizim üçün əsas məsələ təyyarənin məhv olması faktıdır, bu isə şübhə doğurmur. Həmçinin müharibə və terrorizm riskləri də sığortalanmışdı, buna görə də aviaşirkət istənilən halda sığorta ödənişini alır", - deyə o bildirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də