
231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun səsyazısı yayılıb.
Səsyazısı ictimailəşən direktor bu gün işdən azad olunub.
Maraqlısı isə budur ki, sözügedən məktəbin giriş qapısında 8 Mart üçün müəllimlərə dəyərli hədiyyələrin verilməsinin qadağan olduğunu bildirən elan yazılıbmış.
Üstəlik, elə direktor Lamiyə İlhamsoyun möhür və imzası ilə.
Yayılan səsyazıdan aydın olduğu kimi, L. İlhamsoy ona yığılan pullardan narazılığını dönə-dönə dilə gətirərək pedaqoji heyəti təhqir edib.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında: