
Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında enerji içkilərinin qadağan edilməsi təklif edilib.
Bu təkliflə deputat Hikmət Məmmədov (Baba oğlu) çıxış edib.
O qeyd edib ki, Azərbaycana qarşı aparılan səssiz müharibə kateqoriyalarından biri də enerji içkiləri ilə bağlıdır.
"Bununla bağlı hesabat hazırlanmalıdır. Enerji içkilərinin satışı və istifadəsini də insan hüquqlarının pozulması kimi kateqoriyaya daxil etməliyik", - deputat bildirib.
Onun sözlərinə görə, enerji içkilərindən istifadə edənlərin 23-25 yaşlarında şəkər xəstəlikləri baş qaldırır, tükənmişlik sindromu özünü büruzə verir:
"Bu isə demoqrafik proseslərə təsir edir və onların övladları olmur. Genefondu qurutmaq üçün enerji içkiləri xüsusi düşünülmüş səssiz müharibə vasitələrindən biridir".