
RegionTV.info "Report”a istinadən xəbər verir ki, vəkil Elbrus Mehralıyev 61 yaşında vəfat edib.
Onun səhhətində problemlər varmış.
E.Mehralıyev 22 saylı Vəkil Bürosunun üzvü olub.
Qeyd edək ki, son 2 ay ərzində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri - Hidayət Məmmədov, Heydər Əsgərov, Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov, Hidayət Məmmədov və Tahir Əlirzayev koronavirusdan, İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib.