Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sabah buraxılış imtahanıdır - Deputat çağırış etdi, ekspert proqnoz verdi

Sabah buraxılış imtahanıdır - Deputat çağırış etdi, ekspert proqnoz verdi

Martın 2-də 11-ci sinif şagirdərinin buraxılış imtahanları keçiriləcək.

Dövlət İmtahan Mərkəzi (DİM) sabah Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Kürdəmir, Lənkəran, Cəlilabad, Yardımlı, Bərdə, Tərtər, Ağdam, Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Şabran, Ağdərə (Talış kənd tam orta məktəbi), Xocalı, Xankəndi, Şuşa və Laçında (Şəhər 2 №-li tam orta məktəb, Zabux və Sus kənd tam orta məktəbləri) Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.
Martın 2-də tədrisi ingilis dilində olan məktəblərin  şagirdləri də imtahan verəcəklər.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 242 imtahan binası, 4292 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 242 ümumi imtahan rəhbəri, 675 imtahan rəhbəri, 4292 nəzarətçi, 747 buraxılışı rejimi əməkdaşı (mühafizə), 242 bina nümayəndəsi ayrılıb.

Martın 2-də keçiriləcək imtahanda 57437 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanda 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək.

Hər zaman gənclərə öz məsləhətlərini verən Milli Məclisin deputatı Ceyhun Məmmədov Modern.az-a açıqlamasında mtahanlarla bağlı da tövsiyələrini bölüşüb:

“Buraxılış imtahanları dövründə hər zaman gənclər həyəcan yaşayırlar. Çünki onların mütləq əksəriyyətinin ən böyük arzusu, istəyi bu imtahanlardan uğurla çıxmaqdır. Gənclər diqqətli olsunlar, imtahana yaxşı hazırlaşsınlar. Burada bir məqamı da qeyd etmək lazımdır ki, imtahanlar son şans deyil, həyat yalnız bu imtahandan asılı deyil. Onların hər biri uğur qazanmağa çalışmalıdır, amma bunu bacarmayan gənclər də özlərinə xələl gətirməkdən, yanlış addımlardan çəkinməlidirlər. Mən valideynlərə də tövsiyyə edirəm ki, bu məsələlərdə diqqətli olsunlar, övladlarının üzərinə çox getməsinlər, onları sıxışdırmasınlar. Çünki biz hər il bu cür hallarla rastlaşırıq. Ona görə də hər kəs səbrli və təmkinli olmalıdır. Gənclər çalışmalıdır, amma özlərini də qorumalıdır”.


Təhsil eksperti Məzahir Məmmədli Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanlarına saldığı suallardan danışıb.

“Əvvəllər əli Dövlət İmtahan Mərkəzinin hazırlıq mərkəzlərinə və tərtib etdiyi vəsaitlərə çatan bəzi şagirdlər yüksək nəticə əldə edirdilər. Amma ictimai qınaqdan çəkindikləri üçün artıq keçən il imtahanlara Elm və Təhsil Nazirliyinin hazırladığı proqrama uyğun suallar salındı. Bunun nəticəsini də əldə edilən uğurlarda gördük. Tədrisimizdə mənimsəmə ilə bağlı problem yoxdur, problem DİM-in hazırladığı suallardadır. İndiyə qədər regionlarda yaxşı nəticə olmamasının səbəbi bu idi. Builki imtahanları proqnozlaşdırmaq çətindir. Ötən ildəki kimi suallar salınsa, onda bu il də yüksək nəticələr gözləyə bilərik. DİM heç vaxt qəbul prosesi ilə bağlı davamlı siyasət aparmır. Onun kursu stabil deyil, hər il testlərin tərkibi dəyişir, suallar gah asan, gah da çətin salınır. Ona görə də DİM-in fəaliyyəti ilə bağlı qabaqcadan proqnoz vermək çox çətindir”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də