Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Müəllimlərin sertifikasiyasında dəyişikliklər ola bilər 

Müəllimlərin sertifikasiyasında dəyişikliklər ola bilər 

“Hazırda sertifikatlaşdırmanın birinci dövrüdür. Bütün müəllimlər bu prosesə cəlb olunduqdan sonra hansısa formada dəyişikliklər ola bilər. Amma bütün fənn müəllimləri metodik və pedaqoji cəhətdən eyni meyarlar əsasında sertifikatlaşdırmadan keçəcəklər”.

Bunu Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva sertifikatlaşdırma prosesi ilə bağlı danışarkən deyib.  

 O bildirib ki, sertifikatlaşdırmanın ilkin mərhələsi başa çatandan sonra hökumət hansısa yeniliklərlə bağlı qərarlar verə bilər.

 N.Mehdiyeva deyib ki, əvvəl olduğu kimi, yenə də sertifikatlaşdırma öncəsi müəllimlər üçün sınaq imtahanları təşkil ediləcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də