
RegionTV.info "İnterAz"-a istinadən xəbər verir ki, o, təbrikini yanvarın 22-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşündə çatdırıb.
Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd edən C.Şarp ikitərəfli əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə biləcəyini bildirib.