
"Elə kişilər var ki, ailə quranda qadına işləməyə icazə vermirlər. Bu kimi hallar var təqaüd məsələsində təsir göstərə bilər".
Bunu Milli Məclisin deputatı Mübariz Qurbanlı “Qadın iştirakçılığının təbliği” adlı konfransda deyib.
O qeyd edib ki, belə hallarda kişinin əməkhaqqından qadının da pensiya fonduna yığıla bilər.
"Məsələni qanuniləşdirmək olar. Buna kimsə etiraz etməməlidir, çünki kişinin özü qadını çalışmağa qoymayıb",-deputat əlavə edib.