
Məktəbin müəllimi Xeyransa Karakova ürək çatışmazlığı səbəbindən dəfələrlə xəstəxanada müalicə alıb.
"Fevralın 24-də evində halı pisləşərək xəstəxanaya yerləşdirilən X.Karakova fevralın 26-da orada dünyasını dəyişib. Müəllimin vəfatı səbəbi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil", - deyə məktəbdən bildirilib.
***
23:51
Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.
Modern.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə 25 nömrəli məktəbdə baş verib.
Belə ki, təhsil müəssisəsinin Azərbaycan dili müəllimi Xeyransa Karakovanın mübahisə zamanı halı pisləşib və komaya düşüb.
O, 2 gün komada qalıb. Ötən gün 55 yaşı olmuş müəllim bu gün müalicə aldığı xəstəxanada vəfat edib.