
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayının başlaması ilə əlaqədar tədbir keçirəcək.
Tədbir sabah, fevralın 27-də baş tutacaq.
Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mart ayının 1-də başlayacaq. Bu barədə bir müddət əvvəl Modern.az-a danışan İçərişəhər “Cümə” məscidinin axundu, QMİ-nin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli məlumat verib. O, bildirib ki, hər il olduğu kimi Şamaxı Astrofizika Rəsadxanası tərəfindən Ramazan ayının başlanması ilə bağlı məlumat verilir. Bu il də verilən məlumata görə, Ramazan ayının başlanması mart ayının 1-ə təsadüf edir.