Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Göygöl rayonunda Xocalı faciəsinin qurbanları böyük ehtiram və qürurla anılıb FOTO



Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq gün ərzində Göygöl rayon ərazisində Azərbaycanın Dövlət bayrağı endirilib, Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri  və digər rəsmilər Xocalı soyqırımı qurbanlarının xatirəsinə Gəncə şəhərində ucaldılmış abidə kompleksini ziyarət edərək önünə gül dəstələri düzüblər. 
Saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də