Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xocalı faciəsi qurbanlarının əziz xatirəsi Kəlbəcər rayon ictimaiyyəti tərəfindən anılıb FOTO

 

Anım mərasimində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Göygöl rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, hər iki rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər RİH-in məsul əməkdaşları,  idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər. Tədbir iştirakçıları Xocalı sakinlərinin müvəqqəti məskunlaşdığı “Yeni qəsəbə - 2”də ucaldılan “Xocalı” abidəsini ziyarət edib. Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev abidə önünə əklil qoyub. Anım mərasimində faciə qurbanlarının ruhuna dualar oxunub.
Çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov törədilmiş dəhşətli soyqırımın ağır nəticələrindən söhbət açaraq Xocalı faciəsinin təkcə xocalılara deyil, bütün Azərbaycan xalqına qarşı yönələn soyqırımı olduğunu diqqətə çatdırıb, bu qətliamın dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən ən dəhşətlisi olduğunu vurğulayıb. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoyduğunu, ərazi bütövlüyünü bərpa edildiyini bir daha diqqətə çatdırıb.Bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu Xocalı faciəsi qurbanlarının qisasını düşməndən alıb, Xocalıya həyat qayıdıb.Bu gün Azərbaycan bayrağı Xocalı səmasında qürurla dalğalanır, Xocalıda xocalılar öz ocaqlarını yenidən yandırıblar.Əminik ki, Xocalı faciəsi qurbanlarının ruhları indi şaddır.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də