Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev yanğın baş vermiş əraziyə baş çəkib, mövcud vəziyyətlə yerindəcə tanış olub.
RegionTV.info xəbər verir ki, 21.01.2021-ci il tarixdə saat 18:00-18:30 radələrində Kəlbəcər şəhər sakini, Kərimova Gülnarə Əli qızına məxsus, Gəncə şəhəri, Gülüstan qəsəbəsi Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasının ətrafında yerləşən ümumi sahəsi 50 kvadrat metr olan birmərtəbəli, iki otaqlı fərdi yaşayış evi qaz sızması nəticəsində içərisində olan ev əşyaları ilə birlikdə yanmışdır. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmamışdır.
Bu gün Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev hadisə yerinə gələrək yanğından zərər çəkmiş Gülnarə Kərimova ilə görüşüb. G.Kərimovaya mövcud problemlərinin həllində səlahiyyətləri çərçivəsində yardım göstərəcəyini bildirilib. Gülnarə Kərimova onunla görüşə gələn və dərdinə şərik çıxan rayon rəhbərinə göstərdiyi qayğı və diqqətə görə təşəkkür edib.
Hal-hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən ev sahibinə dəymiş zərərin miqdarı araşdırılır.
Xəbəri paylaş