Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Çiynimdə çanta ilə getdiyim məktəbə rəhbər kimi qayıtmışam - Xocalı məktəbinin DİREKTORU

Çiynimdə çanta ilə getdiyim məktəbə rəhbər kimi qayıtmışam - Xocalı məktəbinin DİREKTORU

Bu gün Xocalı faciəsinin 33-cü ildönümüdür. Antiterror əməliyyatından sonra azad edilən Xocalıda quruculuq işləri davam edir. Şəhərdə 1 saylı orta məktəb fəaliyyət göstərir.

Məktəbin direktoru Nəvai Həsənov  açıqlamasında bildirib ki, xocalılılarla birlikdə təhsilimiz də Xocalıya qayıdıb.

“Burada bir təhsil işçisi kimi faəliyyət göstərmək mənim üçün çox qürurvericidir. Çünki bizim burada təhsil sahəsində yarımçıq qalan işlərimizi qayıdışımızla bərpa edirik. Xocalıdan şagird kimi çıxıb müəllim kimi qayıtmaq tamamilə fərqli bir hissdir. Çünki bir vaxtlar çiynimdə çanta ilə getdiyim məktəbə mən indi rəhbər kimi qayıtmışam”.

O qeyd edib ki, hal-hazırda məktəbdə 76 şagird təhsil alır. Məktəb direktoru bildirib ki, Elm və Təhsil Nazirliyinin tədbirlər planına uyğun olaraq məktəbdə ilk dərslər Xocalı soyqırımına həsr olunub.

“Sözsüz ki, Xocalıdan olan körpə balaların təhsil alıb xalqımıza töhfə verməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Həmçinin Xocalının, Qarabağın, Azərbaycanın tarixini, başımıza gələn bu müsibətləri heç vaxt şagirdlərimizə unutdurmayacağıq. Daim xalqımızın başına gələn müsibətləri hansısa vasitə ilə unutdurmağa çalışıbla, mehriban şəraitdə yaşamağı tövsiyə ediblər. Biz qisasımızı aldıq, torpaqlarımızı qaytardıq. Burada balalarımıza gələcək inşaa etməyi və elmləri, savadları ilə yaşamağı, düşmənə bu tarixlə bağlı göz açmağa imkan verməməyi aşılayacağıq”- N.Həsənov qeyd edib.

1419056


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də