Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əfv Komissiyasının növbəti iclasının vaxtı MƏLUM OLDU

Əfv Komissiyasının növbəti iclasının vaxtı MƏLUM OLDU

Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub.

Bu barədə  Komissiyanın üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev məlumat verib.

O bildirib ki, iclasın fevralın 27-də keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, indiyədək Azərbaycanda 70 əfv sərəncamı və 12 amnistiya aktı imzalanıb. Bu humanist addımlar nəticəsində minlərlə şəxs azadlığa qovuşub.

Sonuncu əfv sərəncamı isə ötən ilin may ayında imzalanıb. Sərəcamla 154 nəfər əfv edilib, onlardan 63-ü cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

71-ci əfv sərəncamının neçə nəfəri əhatə edəcəyi hələlik məlum deyil.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də