"Əgər abonent mexaniki sayğacını öncədən ödənişli eletron smart-kart sayğacına dəyişmək istəyirsə, bunu hər an edə bilər".
RegionTV.info-nun məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bildirib.
Onun sözlərinə görə, bunun üçün abonent “Azəriqaz”a müraciət etməlidir: “Abonentlərin müraciəti istər elektron, istər onlayn, istərsə də yerli idarələrə müraciət edə bilər”.
O qeyd edib ki, Bakı, Sumqayıt və Gəncə şəhərlərində “Azəriqaz” əməkdaşları tərəfindən baxış keçiriləcək: “Əgər həqiqətən də abonentin daha əvvəl öncədən ödənişli sayğacı olubsa və o mexaniki sayğacla dəyişdirilibsə, biz həmin sayğacı dəyişdirə biləcəyik. Abonentin yazılı razılığı alındıqdan sonra onun sayğacı dəyişdiriləcək. Bu, tamamilə ödənişsiz həyata keçiriləcək”.
Xəbəri paylaş