Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yaşamağın mümkün olduğu yeni planet kəşf edildi

Yaşamağın mümkün olduğu yeni planet kəşf edildi

Astronomlar Yerə nisbətən yaxın məsafədə yerləşən və yaşamağın mümkün olduğu şəraitə sahib ola biləcək yeni bir planet kəşf ediblər. Bu planetin adı “HD 20794 d”dir və onun kütləsi Yerinkindən təxminən altı dəfə çoxdur.

 Araşdırma “Astronomy & Astrophysics” elmi jurnalında nəşr edilib. Burada ən maraqlı xüsusiyyət planetin öz ulduzunun yaşamağın mümkün olduğu zonada yerləşməsidir. Yəni burada suyun mövcud olması mümkündür. Çünki bir planet ulduzuna çox yaxın olarsa, su buxarlanır, çox uzaqda olarsa, donur. “HD 20794 d” isə bu istilik balansını qoruma potensialına malikdir. Bu planet “82 G. Eridani” adlı bir ulduzun ətrafında dövr edir. Bu ulduz Günəşdən bir qədər kiçik, daha yaşlı və bir az daha sönükdür. Planetin ulduzuna olan məsafəsi eliptik orbitə görə dəyişdiyindən, bəzən daha isti, bəzən isə soyuq olur. Yəni, planetin ulduzuna ən uzaq nöqtədə olduğu zaman suyun donma ehtimalı var.

 Alimlər bu planetin daha yaxından araşdırılmasının vacib olduğunu düşünürlər. Oksford Universitetinin astrofiziki Maykl Kretinyer bildirib ki, bu planetin həqiqətən varlığının təsdiqlənməsi onun üçün böyük bir sevinc olub. Üstəlik, dünyaya nisbətən yaxın olması sayəsində gələcəkdə daha ətraflı müşahidə aparmaq və hətta planetin fotoşəkillərini çəkmək mümkün ola bilər.

 Tədqiqatçılar “HD 20794 d” planetinin atmosferində həyat əlamətləri axtarmağı planlaşdırırlar. Gələcək teleskop missiyaları və yeni texnologiyalar bu ekzoplanet barədə daha çox məlumat əldə etməyə kömək edə bilər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də