
RegionTV.info-nun məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik Milli Məclisin yaz sessiyasında müzakirə ediləcək.
Dəyişikliyə görə, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilmir.