Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Həmin müğənnilər mənim onların müəllimi olduğumu deməyi özlərinə ar bilirlər...”






“Bəzi müğənnilərə Ramala etdiyimdən çox yaxşılıq etmişəm, amma o qədər savadsızdırlar ki, məktəb, auditoriya görməyiblər, elə yalandan hər şeyi elə saxta yollarla əldə ediblər”

Bunu açıqlamasında Əməkdar artist Elza Seyidcahan bir müddət öncə incidiyi, tələbəsi adlandırdığı müğənni Ramal İsrafilov haqda deyib. O, Ramalla arasında elə bir problem olmadığını bildirib:

“Bir verilişdə Ramaldan küsdüyümü demişdim. Axı uman yerdən küsərlər. Çünki karantin rejimində o, mənə baş çəkməmişdi. Amma biz onunla görüşdük və yeni mahnımızı da məşq etdik. Adam darıxanda uman küsənlik edir. Ramal çox tərbiyəli insandır. Bəzi müğənnilərə Ramala etdiyimdən çox yaxşılıq etmişəm, amma o qədər savadsızdırlar ki, məktəb, auditoriya görməyiblər, yalandan hər şeyi elə saxta yollarla əldə ediblər. Ona görə də həmin müğənnilər mənim onların müəllimi olduğumu deməyi özlərinə ar bilirlər. Bir millətin ki, müəllimi yoxdur, o millət sevilə, xalq ola bilməz. Ramal bəzilərindən mənim üçün çox-çox əzizdir. Nə vaxt olsa, Ramal özünə mənə çatdırır və təəssübümü çəkir. Mənim bir neçə mahnımı da oxuyub. O, çox istedadlıdır, həm də tərbiyəlidir”. 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də