RegionTV.info
Daxili İşlər Nazirliyi Quba rayonunda bir qrup polis əməkdaşının karantin zamanı məclis keçirməsi barədə sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı açıqlama verib.
DİN Mətbuat xidmətinin Quba regional qrupunun inspektoru Nizam Həmidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yayılan videogörüntülərdən məlumatlıdırlar: “Həmin görüntülər Quba rayon Polis Şöbəsində araşdırılıb.
Məlum olub ki, həmin video 2019-cu ilin dekabr ayında Xaçmaz rayonunda yerləşən restoranların birində çəkilib, sadəcə indi ictimailəşdirilib. Həmin zaman ölkədə karantin rejimi tətbiq edilmirdi”.
Xəbəri paylaş