Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qarlı havanın yeməkləri - Məşhur kulinar bunları MƏSLƏHƏT GÖRDÜ

Qarlı havanın yeməkləri - Məşhur kulinar bunları MƏSLƏHƏT GÖRDÜ

Bakıda və rayonlarda müşahidə olunan qarlı hava şəraitinin bir neçə gün də davam edəcəyi gözlənilir. Havanın dəyişməsi təbii olaraq Azərbaycanın zəngin mətbəxində xüsusi yeməkləri ön plana çıxarır. Kulinarlar isə sözügedən mövzuda fikir ayrılıqları yaşayırlar. Belə ki, bəziləri ət yeməklərinə üstünlük verməyi tövsiyə edir, digərləri isə fəsil dəyişkənliyinin qida rasionun da dəyişməsinə yol açmıradığını vurğulayır. 

Bəs bu cür qarlı havalarda nə yeyilməsi tövsiyə olunur?

Bu sualla Azərbacanın tanınmış kulinarı Tahir Əmirslonova müraciət edib. Müsahibimiz bildirib ki, indi ət, xəmir yeməklərinin vaxtıdır:

“Bu cür havada yarpaq xəngəli, sulu xəngəl yemək lazımdır. Qışda ət xörəklərinə üstünlük verilməlidir, amma burada tək mal ətindən söhbət getmir, həmçinin qaz, hinduşka, ördək, ov heyvanlarının ətindən yeyin. Bu cür yeməklər yeyin, amma masadan doymamış qalxın. Belə yeməklərin heç bir ziyanı yoxdur, Azərbaycan mətbəxi bizi həmişə yaşadıb, həmişə də yaşadacaq, amma qədərində yesək”. 

“İndi əksəriyyət ət yeməyi adı gələn kimi içki axtarır, dədə-babalarımız içməyib, hamıdan da sağlam olub, mən özüm də spirtli içki içmirəm. İndi xaş adı gələn kimi hamı içkiyə qaçır, xaş sirkə, sarmısaqlı sirkə, sarmısaqlı qatıqla istifadə olunur, buna görə də içki mütləq deyil”- deyə Tahir Əmiraslanov vurğulayıb. 

O bildirib ki, sarmısaq və bu kimi digər tərəvəzlərin sırf qışda istifadəsi düz deyil, sarmısaqdan həmişə istifadə olunmalıdır:

"Soyuq hava mikrobları da öldürür, belə havaların uzun – 15 gün, 1 ay çəkməsi lazımdır ki, insanlarla yanaşı,  bitkilər də sağlam olsun, çünki bu cür sazaq hava bitkilərin kökündəki ziyanverici həşəratları da öldürür. Bitkilər sağlam olduqca, bişirdiyimiz yeməklər də insanların sağlamlığını qoruyacaq". 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də