Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəxsiyyət vəsiqəsini dəyişdikdə imtahanda iştirak etmək olar? - DİM-dən CAVAB

Şəxsiyyət vəsiqəsini dəyişdikdə imtahanda iştirak etmək olar? - DİM-dən CAVAB
Elektron ərizə doldurduqdan sonra imtahan tarixinə qədər yeni şəxsiyyət vəsiqəsi alındıqda bu imtahanda iştiraka maneə yaratmır.

Bu barədə Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə İctimai Tv-nin efirində danışıb.

O bildirib ki, abituriyentin şəxsi kabinetində bununla bağlı bölmə var:

“Kabinetdə sənədim yenilənib bölməsinə daxil olaraq yeni şəxsiyyət vəsiqəsini daxil edərək yadda saxlamaq lazımdır. Bu mütləlq şəkildə edilməlidir, çünki imtahana 1 həftə qalmış buraxılış vərəqəsi çap edilir. Həmin buraxılış vərəqəsində abituriyentin köhnə vəsiqəsinin məlumatları olacaq, bizə onu bildirsə, həmin məlumatları yeniləyirik”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də