Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gənclər və idman naziri ilə bağlı SƏRƏNCAM

Gənclər və idman naziri ilə bağlı SƏRƏNCAM

Gənclər və idman nazirinin səlahiyyətləri artırılıb.

Bu, Prezident İlham Əliyev imzaladığı Fərmanla “Azərbaycanın Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.

Nazirin səlahiyyətləri sırasına dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin sərəncamçısı olaraq maliyyə vəsaitini bölüşdürmək, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla nazirlik işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin etmək və nazirliyin fəaliyyət istiqamətləri üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar vəsaitin formalaşdırılması ilə bağlı təkliflər vermək daxil edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də