Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ədliyyə Nazirliyi bələdiyyələrlə bağlı tövsiyə hazırladı

Ədliyyə Nazirliyi bələdiyyələrlə bağlı tövsiyə hazırladı

Ədliyyə Nazirliyi bələdiyyələrlə bağlı tövsiyə hazırlayıb.

Bu barədə nazirlikdən bildirilib.

Qeyd olunub ki, Azərbaycanda yanvarın 29-da növbəti bələdiyyə seçkiləri keçirilib. Yerli özünüidarənin təkmilləşdirilməsi, dayanıqlı və yüksək maliyyə imkanlarına malik yeni bələdiyyələrin yaradılması, yerli əhəmiyyətli məsələlərin həllində onların fəaliyyətinin genişləndirilməsi məqsədilə qəbul edilmiş müvafiq qanunla 1400 bələdiyyənin birləşməsi nəticəsində 480 yeni bələdiyyə yaradılıb və ölkə üzrə bələdiyyələrin ümumi sayı 685 olaraq müəyyənləşib.

Bildirilib ki, Ədliyyə Nazirliyi fəaliyyət istiqamətləri çərçivəsində bələdiyyələrin işinin təşkilinə kömək edir, onlara metodoloji yardım göstərir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir. Bu istiqamətdə Nazirliyin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən tövsiyə hazırlanıb.

Tövsiyədə bələdiyyələrin tərkibinin formalaşdırılması, ilk iclasının keçirilməsi, iclaslarda müzakirə edilən məsələlər, eləcə də bələdiyyə aktlarının inzibati nəzarət orqanına təqdim olunması və s. məsələlər öz əksini tapıb.

“Bələdiyyələrlə iş” informasiya sisteminə daxil olaraq tövsiyə ilə tanış olmaq mümkündür.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də