Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Dədə-Qorqud” serialı 12 ildir niyə gecikir? - Rəsmi CAVAB

“Dədə-Qorqud” serialı 12 ildir niyə gecikir? - Rəsmi CAVAB
2013-cü ilin dekabrın 28-də Azərbaycan Respublikası Prezidenti "Dədə Qorqud" dastanı əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi ilə bağlı Sərəncam imzalayıb. Ədəbi ssenarinin hazırlanması və təşkilati məsələlərin həyata keçirilməsi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan ilkin olaraq Mədəniyyət və Turizm Nazirliyinə 1 milyon manat da ayrılıb.


Bəs 12 il keçməsinə baxmayaraq serial niyə hələ də çəkilməyib?

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib ki, Xalq yazıçısı Anar tərəfindən təqdim edilmiş ssenarinin qiymətləndirilməsi və maliyyə qaynaqlarının tapılması məsələlərinin həlli məqsədilə müzakirələr gedir.

"Bu proseslər tamamlandıqdan sonra serialın çəkilişi ilə bağlı növbəti mərhələlər müəyyənləşdiriləcək və yekun qərar ictimaiyyətə açıqlanacaq", - açıqlamada bildirilib.

Qeyd edilib ki, hazırda “Dədə Qorqud" serialı ilə bağlı layihənin həyata keçirilməsi istiqamətində müvafiq işlər aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də