Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakı qara hazırlaşır - Texnikalar hazır vəziyyətə gətirildi

Bakı qara hazırlaşır - Texnikalar hazır vəziyyətə gətirildi

Gözlənilən qarlı havalarla bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən rayon icra hakimiyyətlərinə müvafiq tapşırıqlar verilib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, şəhər və rayon kommunal xidmətləri həmin günlərdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər:

“Xidmətlərin maşın və xüsusi texnikaları hazır vəziyyətə gətirilib, növbətçilik təşkil edilib. Qar yağan zaman şəhər mərkəzində bir neçə yerdə duz ehtiyatı yaradılacaq.

Rayonlarda küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikaları cəlb ediləcək."


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də