
Futbol üzrə Misli Premyer Liqasında XXIII tura yekun vurulub.
Bağlanış matçında “Səbail” “ASCO Arena”da “Sabah”ı qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Hazırda “dənizçilər” 16 xalla sonuncu, “bayquşlar” isə 31 xalla 5-ci sırada qərarlaşıb.
“Kəpəz” və “Şamaxı” komandaları arasında keçirilmiş günün ilk oyununda da qalib müəyyənləşməyib - 1:1.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Zirə" səfərdə "Sumqayıt"a 3 cavabsız qolla qalib gəlib, “Turan Tovuz” “Araz-Naxçıvan”ı, “Qarabağ” isə “Neftçi”ni 1:0 hesabı ilə üstələyib.