
Azərbaycanda ötən il 4244 kənd yaşayış məntəqəsi olub.
Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, kəndlərin 514-də əhalinin sayı 100 nəfərdən azdır.
Əhalinin sayı 5000-dən çox olan kəndlərin sayı isə cəmi 94-dür.
Qeyd edək ki, son 10 ildən Azərbaycanda kəndlərin sayında azalma müşahidə edilib.
Belə ki, 2013-cü ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda kəndlərin sayı 4255, 2014-cü ildə 4250 olub.
Kəndlərin sayının azalması əsasən onların birləşməsi ilə əlaqədardır.