
Goranboyda qumbara partlayıb.
Hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb. 68 yaşlı Zakir Namazov gəlini, 38 yaşlı Vəfa Aslanova ilə ailə münaqişəsi zəminində mübahisə edib və ona doğru əl qumbarası atıb.
Zakir Namazov Goranboy rayonu Tapqaraqoyunlu kəndi ərazisində çobanlıq edib. Ehtimal olunur ki, həmin partlayıcı maddə müharibə qalıqları ilə çirklənmiş və təmizlənməyən yerdən tapılıb. Kişinin həyat yoldaşı Yamin Məmmədova deyir ki, ailə daxilində münaqişə bir ilə yaxındır ki, davam edirmiş.
3 uşaq anası olan gəlin Vəfa Aslanovanın müalicəsi hazırda xəstəxanada davam etdirilir.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
Daha ətraflı aşağıdakı videoda: