Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ana olmağa hazırlaşırdı, əri ilə birgə öldü - VİDEO

Ana olmağa hazırlaşırdı, əri ilə birgə öldü - VİDEO

Paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində ailə faciəsi baş verib.

Fərdi evdə yaşayan Arif Qurbanov və 8 aylıq hamilə xanımı Aytən Qurbanova yaxınları tərəfindən evdə ölü tapılıblar.

Yaxınlarının sözlərinə görə, Aytən Qurbanova iki həftə sonra ana olacaqmış.

Hadisə yerinə təcili yardım briqadası gəlsə də, onların öldükləri müəyyən edilib.

Məlumata görə, Arif Qurbanov 44 günlük Vətən müharibəsində könüllü iştirak edib. O, “Qubadlının azad olunmasına” görə və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Hadisə ilə bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı “Xezerxeber.az”ın videomaterialında:


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də