Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

20-yə yaxın şagird məktəbdən uzaqlaşdırılıb - Səbəb AÇIQLANDI

20-yə yaxın şagird məktəbdən uzaqlaşdırılıb - Səbəb AÇIQLANDI

Göyçay musiqi məktəbindən 20-yə yaxın şagird uzaqlaşdırılıb.

Bu barədə İTV kanalına istinadən xəbər verir.

Məktəb şagirdlərinin valideynləri iddia edib ki, şagirdlərə bu barədə heç bir rəsmi xəbərdarlıq edilməyib.

Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyinin Mərkəzi Aran Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, ötən il təhsil keyfiyyətinin yüksəldilməsi və şagirdlərin davamiyyətini bərpa etmək üçün 2 dəfə monitorinq aparılıb:

"Bu il də keçirilən yoxlama zamanı bəzi şagirdlərin dərsə davamiyyətinin və bilik göstəricilərinin qənaətbəxş olmadığı ortaya çıxıb. Nəticədə, 15 nəfər  şagird məktəbdən uzaqlaşdırılıb, 22 nəfərə isə xəbərdarlıq edilib".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də