Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Başımızı dik tutmalıyıq" - Rəşad Sadıqov

"Başımızı dik tutmalıyıq" - Rəşad Sadıqov

Məğlub olsaq da, başımızı dik tutmalıyıq.

Bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi"yə qarşı Misli Premyer Liqasının XXII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

 Mütəxəssis məğub olduqları görüş barədə danışıb:

 "Gərgin mübarizə şəraitində keçən matç izlədik. Oyun daha çox mərkəzdə gedirdi. Üstünlük tərəflər arasında tez-tez dəyişirdi. Son 15 dəqiqədə qol vurmağa yaxın olduq. Son dəqiqələrdə hücum etsən, qolla nəticələnməz, amma qapımızda iki epizod qolla nəticələndi. Rəqibi təbrik edirəm. Məğlub olmaq limitimiz var idisə, bu turda baş verdi. Başımızı dik tutmalıyıq. Ağır və acı məğlubiyyətdir. 0:1 hesabı ilə uduzsaydıq, bəlkə belə ağır olmazdı. Təəssüf ki, uduzduq. Futbolçularıma mübarizəyə görə təşəkkür edirəm".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də