Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məktəblər 2 həftəlik AÇILIR, SONRA YENİDƏN... - Nazir ELAN ETDİ

Təhsil müəssisələrinin fəaliyyətinin bərpası təkcə Təhsil Nazirliyinin öhdəliyində deyil. Əlaqədar qurumlar, eyni zamanda Operativ Qərargah elmi araşdırmalara əsasən müvafiq qərarlar verir.
RegionTV.info  xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, 1 fevraldan etibarən tədrisin mərhələli şəkildə bərpasına qərar verilir: "Ölkə üzrə ibtidai əsaslı, eyni zamanda məktəbəqədər təhsil qruplarında əyani təhsil böyük şəhərlərdə həftədə 3 dəfə, digərlərində isə həftədə 4-5 dəfə bərpa edilir. Bu qərarlar 2 həftə müddətində qüvvədədir. Fevral ayının 15-dən sonra epidemioloji statistik göstəricilərə əsasən müvafiq qərarlar qəbul ediləcək".
Nazir bildirib ki, fevralın 1-dən 5-9-cu siniflər, eyni zamanda ali təhsil müəssisələrində müvafiq qərarların verilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, bu barədə yaxın günlərdə qərar veriləcək: "Nəzərə alsaq ki, metronun fəaliyyətində hazırda məhdudiyyət tətbiq edilib, bu səbəblə hələ ki, 5-9-cu siniflərdə tədris prosesinin ənənəvi qaydada bərpası müzakirə olunur. Paralel olaraq, bölgələrdə tədrisin ənənəvi qaydada bərpasının daha erkən olacağı düşünülür".
AZSABAH.COM

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də