![Ləğv edilən universitetin rektoru özünə yeni iş tapdı](https://files.modern.az/photo/orginal/2025/02/10/1739210171_590410ad5cb13cccc91b26ccd0583ece_untitled-1.jpg)
Ləğv edilən Naxçıvan Universitetinin rektoru Anar Kazımov fəaliyyətini yenidən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) davam etdirəcək.
Anar Kazımov UNEC-in "Beynəlxalq iqtisadiyyat və biznes" kafedrasının dosenti kimi fəaliyyətə başlayıb.
Qeyd edək ki, 2023-2024-cü illərdə Naxçıvan Universitetinin rektoru olub. Bundan əvvəl UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru olub.
Xatıradaq ki, Kazımov Anar Altay oğlunun rektoru olduğu "Naxçıvan” Universiteti MMC ötən ilin avqust ayında ləğv olunduğunu elan edib.