Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Şəhid atasını gözündən əməliyyat olunması ilə əlaqədar ziyarət etmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev 44 günlük Vətən müharibəsi zamanı Şəhidlik zirvəsinə ucalmış Adgözəlov Faiq Mehti oğlunun atası Mehti Adıgözəlovu gözündən əməliyyat olunması ilə əlaqədar Nemətabad kəndindəki yaşadığı evdə ziyarət etmişdir. Ziyarətdə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak etmişlər.
Ziyarət zamanı Şəhər İcra Hakimiyyətinin Başçısı Şəhid atası ilə söhbət edərək ona şəfa diləmiş, ailə üzvlərinin qayğıları ilə maraqlanmışdır.
Mehti Adıgözəlov dövlətimizin şəhid ailələrinə yaratdığı şəraitə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya ailəsi adından minnətdarlığını bildirmişdir.
Şəhid Faiq Adgözəlov 1996-cı ildə Yevlax rayonunun Nemətabad kəndində anadan olmuşdur. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi iştirak edərək Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Faiq Adgözəlov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilmişdir.