Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Lənkəranda qəbiristanlığı su basdı

Lənkəranda qəbiristanlığı su basdı

İntensiv yağışlar nəticəsində Lənkəranın Şiləvar kəndi ərazisində yerləşən qəbiristanlığa su dolub.

 Nəticədə, onlarla qəbir su altında qalıb, bir neçəsinə ziyan dəyib.

Məzarlığa ziyarətə gələn rayon sakini Hüseyn Ağayev qohumunun qəbrini tapa bilmədiyini söyləyib:

 "Gəlib gördüm ki, qəbirlər suyun içindədir, keçmək mümkün deyil, qəbirləri tapmaq olmur. Fövqəladə Hallar Nazirliyinin qüvvələri də gəlib, suyu boşaltmağa kömək edirlər".

 "Qəbiristanlığı su basıb. Məzarlığa girmək mümkün deyil. Hamısı suyun içindədir, təzə qəbirlər də çöküb", - rayon sakini Kamran Muradov deyib.

 Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin aidiyyəti qurumları əraziyə cəlb olunub, problemin aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də