Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Çoxuşaqlı ailələrə ŞAD XƏBƏR 

Çoxuşaqlı ailələrə ŞAD XƏBƏR 

5 yox, 3 uşağı olanlar da çoxuşaqlı ailə hesab ediləcək.

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin üzvü Mehriban Vəliyeva bildirib ki, bir neçə dəfə ölkədə çoxuşaqlı ailə anlayışının 5 uşaqlıdan 3 uşaqlıya endirilməsi ilə bağlı təkliflər səsləndirilib.

Hazırda isə təklif üzərində iş gedir. Bu təkliflər ölkədə demoqrafik inkişafla bağlı hazırlanacaq dövlət proqramına daxil ediləcək.

Millət vəkilinin sözlərinə görə, ölkədə bu qəbildən olan 100 mindən çox ailə var. Yəni çoxuşaqlı ailə modeli 5-dən 3-ə endirilsə, 100 mindən çox ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər.

Qeyd edək ki, hazırda beşdən çox uşağı olan ailələrə sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 manatdır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də