
Jurnalist İmdad Əlizadə bu gündən - fevralın 7-dən fəaliyyətə başlayan müstəqil “Teleqraf” İnformasiya Agentliyinin baş direktoru təyin edilib.
Agentlik “Teleqraf” Media Qrupuna daxil olan “Gündəlik Teleqraf” qəzeti və Teleqraf.com saytının bazasında formalaşdırılıb.
İmdad Əlizadə 1998-ci ildən mediada çalışır. "İntibah", "Persona", "Həftə içi" qəzetlərində, "Media forum" saytında, "Trend" və “Report” informasiya agentliklərində işləyib.