Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Daha bir ölkə ÜST-ni tərk etdi

Daha bir ölkə ÜST-ni tərk etdi

ABŞ-nin ardınca Argentina Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxdığını elan edib.

 Bu barədə Argentina Prezidentinin rəsmi nümayəndəsi Manuel Adorni məlumat verib.

“Prezident Miley xarici işlər nazirinə Argentinanın Ümumdünya Səhiyyə Təşkilatında iştirakını dayandırmağı tapşırıb. Biz, argentinalılar, beynəlxalq təşkilatın suverenliyimizə müdaxilə etməsinə icazə verməyəcəyik”, - deyə Adorni bildirib.

 O qeyd edib ki, ÜST Buenos Ayresi maliyyələşdirmir, ona görə də təşkilatdan çıxmaq respublikanın səhiyyə sisteminə təsir etməyəcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də