
Bununla bağlı sosioloji tədqiqat aparan Türkiyənin Üsküdar Üniversitetinin sosiologiya kafedrasının müdiri, sosiologiya elmləri doktoru, professor Əbülfəz Süleymanlı açıqlamasında bildirib ki, 2020-2021 tədris ilində Türkiyənin 146 fərqli dövlət və özəl universitetində həyata keçirilən onlayn sorğuda 18-26 yaşlarında 79 fərqli bölüm üzrə təhsil alan 1865 gənc arasında keçirilib.
Sorğuda iştirak edən gənclərin yüzdə 70,2-si "Pandemiya zamanı televiziya baxış səviyyəniz artdı?" sualına "bəli", 29,8-i suala "yox" cavabını verdi. "Televiziya seriallarını ən çox hansı saat intervalı ilə izləyirsiniz?" sualına iştirakçıların yüzdə 56,7 nəfəri 19:00-23:00, 34,3 nəfəri 23:00-09: 00, 8,9 nəfəri 09:00-19:00 arasında cavab verib.
"İzlədiyiniz ən sevdiyiniz serial nədir?" sualına iştirakçıların yüzdə 21,6-i komediya, 15,9-i dram, 12,1-i macəra, 6,7-i triller, 6,5 faizi romantik, 2,5-i şiddət seriallarına baxdıqlarını bildirdi. İştirakçıların yüzdə 4,9-i heç bir seriala baxmadıqlarını qeyd ediblər.
"İzlədiyiniz seriallarda sizin üçün ən vacib element nədir?" sualına iştirakçıların yüzdə 84,6-sı serialın məzmunu və mövzusunun, yüzdə 10,9-u aktyor heyətinin, yüzdə 1,7-i rejissorun, yüzdə 0,8-i prodüser şirkətin, yüzdə 0,5-i televiziya kanalının vacib olduğunu bildirdi.
"İzlədiyiniz serialları necə seçirsiniz?" sualına gənclərin yüzdə 58,6 "öz axtarışı", yüzdə 16,9-u "dost məsləhəti", yüzdə 11,8-i "önə çıxmalar", yüzdə 11,3-ü "populyarlıq sıralanması"na görə seçdiyini söyləyib.
"Qəzet, internet, sosial media və televiziyada yayımladığınız seriallara dair xəbərləri izləyirsinizmi?" sualına iştirakçıların yüzdə 26-sı "bəli", yüzdə 53-ü "bəzən" və 21.1 "yox" cavabını verib.
RegionTV.info