Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Eldar Mansurovun oğluna yüksək VƏZİFƏ VERİLDİ

Eldar Mansurovun oğluna yüksək VƏZİFƏ VERİLDİ

Xəbər verdiyimiz kimi, Mərkəzi Banka yeni baş direktorlar təyin edilib.

Onlardan biri də Anar Mansurovdur.

O, 1986-cı ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə-kredit” ixtisası üzrə bakalavr, 2011-ci ildə həmin universiteti, 2022-ci ildə isə “Warwick” Universitetini “Biznesin idarə edilməsi” (MBA) ixtisası üzrə magistr dərəcələrilə bitirib.

Əmək fəaliyyətinə 2005-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Bankında başlayıb, 2022-ci ilin avqust ayından 2025-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə idarəetməsi departamentinin direktoru vəzifəsində işləyib.

2025-ci ilin fevral ayının 3-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib. Ailəlidir, 2 övladı var.

"Unikal" saytının məlumatına görə, yeni baş direktor Azərbaycanın məşhur bəstəkarı, xalq artisti Eldar Mansurovun oğludur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də