Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İmtahanın nəticələri açıqlandı - 1084 nəfər keçib

İmtahanın nəticələri açıqlandı - 1084 nəfər keçib

Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb.

Bu barədə MÜTDA-dan xəbər verilib.

Bildirilib ki, əvvəlki illərdə ümumi orta (IX sinif) və tam orta (XI sinif) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil olunan imtahanlarda hər iki səviyyə üzrə ümumilikdə 1084 nəfər müsbət nəticə əldə edib.

Nəticələr barədə məlumatlar eksternlərin qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndərilib.

Növbəti mərhələdə eksternlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq ümumi orta və tam orta təhsil haqqında attestat ala biləcəklər.

Qeyd edək ki, eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də