Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Təyyarəmizi vuran Rusiyadan bunu TƏLƏB EDİRİK

Təyyarəmizi vuran Rusiyadan bunu TƏLƏB EDİRİK

Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən Aktau yaxınlığında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması barədə hesabat yayımlanıb. 53 səhifəlik hesabatda təyyarənin qəzadan əvvəl kənar müdaxiləyə məruz qaldığı təsdiqlənib.

Azərbaycan hökumətindəki rəsmi mənbə "Reuters" agentliyinə bir sıra yeni faktlar açıqlayıb. Açıqlamada bildirilib ki, Azərbaycan təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub. “Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin qəlpəsi var”, - mənbə bildirib.

Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Beləliklə, təyyarəmizin Rusiya tərəfindən vurulduğu artıq rəsmi olaraq təsdiqlənib.

Maraqlıdır ki, bundan sonrakı proseslər necə cərəyan edəcək? Azərbaycanın Rusiyadan hansı tələbləri olacaq?

Məsələ ilə bağlıdanışan sabiq diplomat Nəsib Nəsibli bildirib ki, Rusiya Azərbaycanla münasibətlərinin normal olmasını istəyirsə, hadisəni boynuna alsın:

"Arzu olunur ki, araşdırmanın nəticələri Rusiya tərəfindən qəbul olunsun. Son açıqlamaya qədər Rusiya kanallarında tam fərqli bir versiya irəli sürüldü. Yenə də nağılvari quş sürüsü filan olub, pilot və gəmi komandiri yerə enmək icazəsi almayıb filan dedilər. Bu, təəccüb doğurur. Rusiya tərəfi Azərbaycanla münasibətlərinin normal olmasını istəyirsə, hadisəni etiraf etsin".

Sabiq diplomat Azərbaycanın mövqeyində prinsipial olduğunu vurğulayıb:

"Bu vaxta qədər Azərbaycanın mövqeyi prinsipial olub. Azərbaycan ictimaiyyəti tərəfindən də bu təqdir edilib. Təzminat məsələsini ilk gündən demişdilər. Bu məsələdə də Azərbaycan öz mövqeyindən geri çəkilməməli axıra qədər tələbkar olmalıdır".

Təyyarəmizi vuran hərbçilərin cəzalandırılması da Azərbaycan tərəfindən tələb edilə bilər:

"Azərbaycan tərəfi, şübhəsiz ki, Rusiya tərəfindən cinayətkarların məsuliyyətə cəlb ounmasını tələb edə bilər. Bunun üçün də  xüsusi komissiyanın yaradılmasını və obyektiv araşdırmasını tələb edə bilər. Bu da hakimiyyətin gələcək Rusiya straejisindən asılıdır. Prinsip etibarilə başqa bir şəkildə də üzrxahlıq tələb edilə bilər. Bu hakimiyyətin münasibətindən asılıdır. Hər halda Rusiya Federasiyası qonşu dövlətdir, gərginliyi artırmağın xeyri olacaqmı-olmayacaqmı buna hakimiyyət qərar verəcək".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də