Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İmişlidə narkokuryerlər saxlanıldı - 12 kq narkotik götürüldü

İmişlidə narkokuryerlər saxlanıldı - 12 kq narkotik götürüldü

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Bakı şəhər sakinləri Anar Qadaşev və Elşad Bağırov rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindikləri üçün saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundanverilən məlumata görə, onlardan 12 kiloqram marixuana və metamfetamin götürülüb.

Araşdırmalarla onların maddi gəlir qarşılığında narkokuryerlik etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, A.Qadaşev və E.Bağırov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də