Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Lənkəranın bu kəndlərinin işığı KƏSİLƏCƏK

Lənkəranın bu kəndlərinin işığı KƏSİLƏCƏK

Bu gün Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə “Azərişıq” ASC-yə istinadən xəbər verir.

Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsinin ərazisində yerləşən 110/35/10 kV-luq “Lənkəran-1” yarımstansiyasından qidalanan 35 kV-luq "Xanbulan" hava xəttində təmir işlərinin aparılması ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 10:30-dan saat 13:30-dək rayonun Kərgəlan, Lüvəsər, Xanbulan, Daştatük, Bürcəli, Qurumba, Rvo, Şovu, Şağlaküçə kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də