Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Suraxanıda ekoloji fəlakət: Nazirlik hərəkətə keçdi, icra hakimiyyəti isə SUSUR

Suraxanıda ekoloji fəlakət: Nazirlik hərəkətə keçdi, icra hakimiyyəti isə SUSUR

Xəbər verdiyimiz kimi, Suraxanı rayonunun Hövsan yolunda, Duzlu göl ərazisində acınacaqlı vəziyyət yaranıb. 

Qalaqlanmış zibillər, baxımsızlıq və ekoloji fəlakətə çevrilmiş ərazinin görünütləri paylaşılıb və müvafiq qurumlara - Suraxanı Rayon İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər aidiyyatı qurumlara çağırış edilib.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova saytımızın sorğusuna cavab olaraq bildirib ki, Suraxanı rayonu Hövsan yolunda, Duzlu göl ərazisində tullantıların atılaraq qalaqlandığı ərazi hazırda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən tullantılardan təmizlənir.

"Eyni zamanda, ərazinin nəzarətdə saxlanılması ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinə və Hövsan bələdiyyəsinə müraciət olunub", - açıqlamada deyilir.

Mətbuat katibi tullantıların idarə olunmasına cavabdeh şəxsləri fəaliyyətlərini qanunamüvafiq həyata keçirməyə, sakinləri isə tullantıları müəyyən olunmuş sahələrə atmağa və təmizliyə riayət etməyə çağırıb.

Suraxanı Rayon İcra Hakimiyyətinə zənglərimiz və mesajlarımız ilə cavabsız qalıb...

 

14142441414245

1414246


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də