Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Minsk Qrupu ləğv edilməlidir! - Moskvadan ÇAĞIRIŞ

Minsk Qrupu ləğv edilməlidir! - Moskvadan ÇAĞIRIŞ

ATƏT-in Minsk Qrupu öz fəaliyyətini 2022-ci ilin fevralında dayandırıb.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.

O, Minsk qrupu fəaliyyətinin dayandırılmasına görə fransalı və amerikalı həmsədrləri günahlandırıb.

"Fəaliyyətdə olan mandatlarına baxmayaraq, onlar heç bir məsləhətləşmə, kommunikasiya olmadan rusiyalı həmsədrlə təmaslardan imtina ediblər. Onlar heç ATƏT çərçivəsində məsləhətləşmələr aparmayıblar, sadəcə rusiyalı həmsədrlə təmaslardan imtina ediblər. Onlar əvvəlcədən təyin olunmuş tədbirləri ləğv ediblər. İndiyə kimi də bunun səbəblərini səsləndirməyiblər. Xatırladım ki, 2022-ci ilin oktyabrın 6-da Praqada Azərbaycan prezidenti, Ermənistan baş naziri, Fransa prezidenti və Avropa Şurasının sədrinin birgə bəyanatı qəbul olunub. Bütün bunlar ona gətirib çıxarıb ki, Minsk qrupu öz fəaliyyət predmetini itirib. Deməli, Minsk Qrupu ilə birlikdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəzifəsinin ləğv olunması məntiqlidir. Belə təxirəsalınmaz tədbir Azərbaycan və Ermənistan arasında çoxdan gözlənilən münasibətlərin normallaşmasına yardım etmək məqsədi daşıyır. Mənə elə gəlir ki, elə bu mövqedən çıxış etmək lazımdır”, - deyə Zaxarova qeyd edib.

Rəsmi Bakı ATƏT-in Minsk Qrupunun de-yure mövcudluğunun sülhə maneə yaratdığını bildirib. Prezident İlham Əliyev ötən ilin sonlarında Rusiya mətbuatına müsahibəsində deyib ki, ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir. “Amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır?”, - dövlət başçısı bildirib.

Minsk Qrupunun həmsədrlərindən olan Rusiya da sturukturun ləğv edilməsinin tərəfdarı olduğunu bəyan edib. Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan da Minsk Qrupunun ləğv edilməsinin tərəfdarı olduğunu bildirib. Rəsmi İrəvan qurumun ləğvi üçün ATƏT-ə müraciət etməyi düşündüklərini açıqlayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də