
RegionTV.info quruma istinadən xəbər verir ki, bunlar “Binə Aqro” QSC, “Aqro-Favorit”, “Agroterm” və “Xızı Aqropark” MMC-lər, eləcə də fiziki şəxs Vilayət Rüsətm oğlu Məmmədovdur.
Adları çəkilən hüquqi və fiziki şəxslərə məxsus pomidorlar Dağıstan gömrük-keçid məntəqəsində yoxlanılarkən onlarda təhlükəli zərərvericilər aşkar olunduğu bildirilir.
Qeyd edək ki, daha əvvəl Rosselxoznadzor dekabrın 10-dan etibarən Azərbaycandan Rusiyaya pomidor və alma idxalını qadağan etmişdi. Qadağanın tətbiqi Azərbaycan məhsullarında zərərvericilərin davamlı aşkarlanması ilə əlaqəli idi: Cənubi Amerika pomidor güvəsi və şərq güvəsi. Daha sonra 33 Azərbaycan müəssisəsindən tədarüklərə qismən icazə verildi.