Çeçenistan rəhbəri Ramzan Kadırovun uzun müddətdir görünməməsi Rusiya mətbuatında müzakirələrə səbəb olub.
Bəziləri onun xəstəxanaya yerləşdirildiyini, səhhətində ciddi problem yarandığını bildirib.
Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev respublika rəhbəri Ramzan Kadırovun "yoxa çıxması" ilə bağlı internetdə yayılan xəbərlərə münasibət bildirib.
O bildirib ki, belə şayiələri düşmənlər yayır.
"Bu ilin əvvəlindən Çeçenistan lideri fəal işə başlayıb", - açıqlamada deyilir.