Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qazlı su içmək arıqlamağa kömək edir

Qazlı su içmək arıqlamağa kömək edir

Yaponiyanın Tesseikai Neyrocərrahiyyə Xəstəxanasından dr. Akira Takahashi tərəfindən araşdırmaya görə, qazlı su içmək maddələr mübadiləsini artıraraq arıqlama prosesinə kiçik də olsa töhfə verə bilər.

A.Takahashi qazlı suyun qlükoza səviyyəsini azaltmağa kömək edə biləcəyini irəli sürərək, bunun metabolik artımı stimullaşdırdığına və çəki itirmə prosesinə dolayı yolla təsir göstərdiyinə diqqət çəkib. O, qazlı suyun həzm sistemindəki təsirini təsvir edərkən bu prosesin hemodializə bənzədiyini qeyd edib: “Karbon dioksid (CO2) suyun tərkibində qələviləşərək mədənin selikli qişasından udulur və qlükozanın metabolizmini təsir edə bilər. Bununla belə, araşdırma müəllifi balanslaşdırılmış pəhriz və müntəzəm fiziki fəaliyyətin sağlam və davamlı arıqlamanın əsas üsulları olduğunu vurğulayıb. Karbonatlı suda CO2-nin təsiri müstəqil bir həll deyil və yalnız minimal təsir göstərə bilər”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də